Lənkəran xəstəxanasının 52 minlik siyahısı: Tibb müəssisəsinə qaynaq aparatı və şlaqbaum...
Bu gün, 11:18
"Lənkəran Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi müxtəlif növ avadanlıqların satın alınması məqsədilə iri satınalma müsabiqəsinə start verib.
32gun.az yazır ki, Tibb müəssisəsinin elan etdiyi və geniş spektrli malları əhatə edən bu tenderin ümumi ehtimal olunan qiyməti düz 52.238,60 AZN təşkil edir. Maraqlıdır ki, xəstəxananın sifariş siyahısında multiparametrli xəstə monitorları, nəmləndirici-isidici cihazlar və tibbi soyuducular kimi sırf səhiyyə avadanlıqları ilə yanaşı, tam fərqli təyinatlı mallar da yer alıb. Belə ki, ayrılan on minlərlə manat vəsait hesabına qurum həm də inzibati ərazi üçün şlaqbaum, döşəmə tipli inverter kondisioner, 50 kW-lıq elektrik kombisi, genişlənmə çənləri, qaynaq aparatı və hətta elektrik piltələri tədarük etməyi planlaşdırır.
Qeyd edək ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru Nuridə Rafiq qızı Məmmədovadır.O, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) o dövrdəki İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə bu vəzifəyə təyin edilmişdir