Din cəhalət dövründə mədəniyyət idi, mədəniyyət dövründə isə cəhalət oldu.

Bu gün, 10:27           
Din cəhalət dövründə mədəniyyət idi, mədəniyyət dövründə isə cəhalət oldu.
Çağdaş insanın dünyagörüşü tamamilə dindən ibarətdirsə, o insan mədəniyyətdən uzaq kəsdir.
Maraqlı güclər bu cür adamlardan çox rahat şəkildə terrorist, canlı bomba və s. hazırlayıb cinayətkar əməllərdə istifadə edə bilir.
Bu gün din mədəniyyəti deyil, mədəniyyət dini üstələdiyi üçün insan əxlaqlıdır, tolerantdır. Dinin mədəniyyəti üstələdiyi hər yerdə insanı pis əməllər törətməkdən çəkindirən şey əxlaq deyil, qorxudur.
Cəlal Şəngör deyir ki, əgər siz allahdan qorxduğunuz üçün pislik etmirsinizsə, bu, sizin əxlaqlı olduğunuzu təsdiqləmir, bu, sizin qorxaq olduğunuzun sübutudur.
Eynisi insanın qanunla münasibətinə da aiddir; qanundan qoxub özbaşınalıqdan çəkinən insan da əxlaqlı, vicdanlı biri deyil, qorxağın yekəsidir.
Qorxu olan yerdə mədəniyyət yarana və inkişaf edə bilməz, din isə çiçək açar. İnkivizisiya Avropada dinin açdığı "çiçək" idi. Protestantlar buna görə tələb etdilər ki, dini kilsənin istədiyi kimi deyil, kitabda yazıldığı kimi tətbiq etmək lazımdır.
Eyni tələbi islamda vəhabilər irəli sürdülər. Vəhabi hərəkatı da islamın protestantlığı idi. Dini kitabında yazıldığı kimi tətbiq etməyi amaclayırdı. Amma burada açıq görünən bir fərq var: xristianlıqdakı protestantlıq inkivizisiyanı aradan qaldırmaq üçün düşünülmüşdü, islamdakı protestantlıq özüyə inkivizisiya gətirəcəkdi. Buna görə də osmanlılar və misirlilər vəhabiliyi aradan qaldırdı.
Niyə? Çünki hər iki dövlət Avropa mədəniyyətinə üz tutmağa başlamışdı. Osmanlı da, Misir də anlayırdı ki, artıq VII əsr qaydaları dövləti də, milləti də məhvə aparır. Ən azı, ordunu Avropa standartları ilə yenidən qurmaq lazımdır ki, sağ qala bilsinlər.
Təəssüf ki, modernləşmə hərəkatı islam dünyasında hərbi strukturun yenilənməsindən o tərəfə keçə bilmədi. Osmanlıda da, Misirdə də yalnız hərbi elita modernləşdi. Atatürk bu elitanın nümayəndəsi idi.
İstədi xalqı da modern mədəniyyəti mənimsəsin, davası hələ də davam edir Türkiyədə.
Bizə modern mədəniyyət ədəbiyyatla gəldi, arxasındakı güc isə xalq deyildi, çar Rusiyası idi. Xalq üçün bu gün də Cəlil, Sabir, Üzeyir, Axundov yoxdur.
Xalq üçün hələ də şeyx Nəsrullah var, məşədi İbad var, Qurbanəli bəy var...
Игидай Дадашов
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru