Nursultan Nazarbayev də ömürlük oldu- PARLAMENTDƏN QƏRAR

31-05-2018, 10:59           

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik edəcək. Cebhe.info xəbər verir ki, 31 mayda Parlamentin yuxarı palatası prezidentə bu səlahiyyəti verən qanun layihəsini qəbul edib.

Beləliklə də Qazaxıstanın “Elbaşı” ləqəbiylə tanınan birinci prezidenti Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik edəcək.

Bundan əlavə, qanun layihəsi Təhlükəsizlik Şurasına daxili siyasi sabitliyin təmin edilməsi və konstitusiyanın qorunması üçün milli təhlükəsizliyin təmini sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsini koordinasiya edən konstitusiya orqanı statusu verib.

Təhlükəsizlik Şurasının yeni səlahiyyətlərinə həmçinin dövlət müstəqilliyinin, ərazi bütövlüyünün təmini və beynəlxalq aləmdə milli maraqların qorunmasını daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru