Ukraynada cəmi üç atom elektrik stansiyası salamat qalıb

23-11-2022, 11:04           
Ukraynada cəmi üç atom elektrik stansiyası salamat qalıb
Üç atom elektrik stansiyası istisna olmaqla Ukraynanın bütün elektrik stansiyaları bu və ya digər dərəcədə zədələnib.

Bunu “Ukrenerqo” milli enerji şirkətinin rəhbəri Volodimir Kudritski bildirib.

“Bizim demək olar ki, heç bir SES və İES-imiz qalmayıb, Ukrayna hökumətinin nəzarətində olan ərazidə yerləşən üç atom elektrik stansiyası (Roven, Xmelnitski, Cənubi Ukrayna) istisna olmaqla, bütün digər iri elektrik stansiyaları zədələnib”, - deyə Milli Media Mərkəzində keçirilən brifinqdə bildirilib.

Qeyd edək ki, bunadək Ukraynanın Baş naziri Denis Şmıqal ölkənin enerji sisteminin demək olar ki, 50%-nin sıradan çıxdığını bildirmişdi.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru