İngiltərəni atıb Afrika meymunları ilə yaşayan qız: Britaniyalı Ceyn Qudall meymunların və şimpanzelərin ən yaxşı dostu adlandırılıb.

17-11-2025, 12:54           
İngiltərəni atıb Afrika meymunları ilə yaşayan qız:
O, 1934-cü ildə Londonda anadan olub. Kiçik olanda atası ona oyuncaq şimpanze hədiyyə edib. Ceyn oyuncaq “Cubili” ilə dostlaşır. Bu xüsusi dostluq onun meymunlara marağının əsasını qoyub. Hələ uşaq ikən Ceyndə heyvanlara və Afrikaya xüsusi maraq yaranır. O, 23 yaşında Keniyadakı dostunun fermasına gedir, məşhur arxeoloq və təbiətşünas Luis Likidən köməkçisi olmağı xahiş edir. Gənc qız şimpanzelərin davranışlarını müşahidə etmək üçün meşədə yaşamağa başlayıb.
Elmi təcrübəsi olmayan, lakin meymunlara və "qaranlıq qitəyə" güclü sevgisi olan gənc Ceyn Tanzaniyada şimpanzelərlə uzun müddət vaxt keçirir və bu heyvanlar haqqında digər istedadlı, məşhur alimlərin hələ kəşf etmədiyi çox şeyi kəşf edib. O, insanların emosiyaları olan yeganə canlı olmadıqlarını müşahidə edir; məlum olur ki, şimpanzelər də insanlar kimi sevinc və kədər yaşayırlar. Gənc qız şimpanzelərin qucaqlaşdığının, öpüşdüyünün, bir-birinin kürəyini sığalladığının və sataşmasının şahidi oldu - bütün bunlar insanların gündəlik hərəkətləridir.
O dövrdə alimlər inanırdılar ki, yalnız insanlar gündəlik həyatda alətlərdən necə istifadə etməyi bilirlər və şimpanzelər ətyeyən deyil, ot yeyənlərdir. Lakin gənc Ceyn bunun əksini sübut etdi. Məlum oldu ki, şimpanzelər də həmçinin ehtiyaclarını ödəmək üçün alətlər yaratmağı və istifadə etməyi bilirdilər. Qız həmçinin insanlar kimi şimpanzelərin də gizli vərdişlərinin olduğunu aşkar edib. Məlum olur ki, meymunlar da əsəbi və aqressiv ola bilərlər. Bir dəfə dişi şimpanzenin güc nümayişi üçün başqa bir dişi şimpanzeni öldürdüyünün, sonra isə bir qrup şimpanzenin ərazilərinə yaxınlaşmağa cəsarət edən meymunu mühasirəyə alaraq öldürdüyünün şahidi olub.
Ceyn 28 yaşında etnologiya üzrə doktorluq dərəcəsi almaq üçün dünyanın aparıcı universitetlərindən biri olan İngiltərədəki Kembric Universitetinə qəbul olub. O, bakalavr dərəcəsi olmadan universitetə doktorluq dərəcəsi almaq üçün qəbul edilən səkkiz nəfərdən biri olub.
Şimpanzelər haqqında dissertasiyasını tamamladıqdan sonra Ceyn onların həyatını öyrənmək üçün Tanzaniyaya qayıdıb. Meşədə olduğu müddətdə qız onlara o qədər yaxınlaşır ki, ona iki il meymunlarla yaşamağa icazə veriblər. Ceynin xoşlamadığı erkək şimpanze Frodo qrupun lideri olduqdan sonra meymun qızı onların həyatından qovmaq qərarına gəldi. O vaxtdan etibarən Ceyni yalnız dayanıb şimpanzeləri uzaqdan izləyə bilirdi.
Ceynin şimpanzeləri araşdırmasındakı uğurları onlara olan sevgisinin və hörmətinin nəticəsi idi. Şimpanzeləri araşdıran alimlər meymunları rəqəmlərlə adlandırsalar da, Ceyni onlara ad verən il şəxs oldu: “Mayk”, “Frodo”, “Qoliaf”, “Flo”... Bunun müqabilində meymunlar qıza onlara yaxınlaşmasına icazə verdilər, onunla dostlaşdılar və tədqiqatları üçün daha çox məlumat əldə etməsinə kömək etdilər.
İldə 300 gün səyahət edərək ətraf mühit, təbiət və heyvanlar haqqında məlumatlılığı artıran, mühazirələr oxuyan qadın ömrünü cəngəllikdə işləməyə, yaşamağa həsr edib. O, ötən ay – oktyabrın 1-də vəfat edib.
Anar Tağıyev













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru