Alüminium fosfid və ya gəmiricilərə qarşı mübarizə necə insanların ölümünə səbəb ola bilər?

17-11-2025, 15:18           
Alüminium fosfid və ya gəmiricilərə qarşı mübarizə necə insanların ölümünə səbəb ola bilər?
Türkiyədə ölümlə nəticələnən zəhərlənmə hadisəsi böyük təəssüf doğurur. Alüminium fosfid kənd təsərrüfatında gəmiricilərlə mübarizə üçün istifadə olunan çox güclü kimyəvi maddədir. Bu maddə nəm və ya turşu mühitlə təmasda olduqda fosfin qazı (PH₃) adlı son dərəcə zəhərli bir qaz ortaya çıxır. Fosfin qapalı məkanlarda yığıldıqda insanda sürətlə hüceyrə səviyyəsində zədələnmə yaradır: mitoxondrilərin fəaliyyətini dayandırır, hüceyrələrin enerji istehsalını bloklayır, ağır metabolik asidoz və ürək çatışmazlığına səbəb olur. Qazın qoxusu zəifdir və insanlar onu çox gec hiss etdikləri üçün təsirdən qaçmaq çətin olur.
Xüsusilə otellərdə və ya mənzillərdə bu maddənin qanunsuz şəkildə istifadəsi, havalandırma sistemləri vasitəsilə qazın qonşu otaqlara yayılmasına səbəb ola bilər. Fosfin zəhərlənməsinin spesifik antidotu yoxdur və ağır hallarda ölüm bir neçə saat və ya gün içində baş verə bilər. Buna görə də alüminium fosfidin qapalı məkanlarda istifadəsi ciddi şəkildə qadağandır.
Təəssüf ki, bu maddə ucuz olduğu üçün və az miqdarda istifadəsi böyük sahədə gəmiriciləri məhv etdiyi üçün qanunsuz şəkildə istifadə edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru