2026-cı ildə təxminən 318 milyon insan aclıqla üzləşəcək

19-11-2025, 12:34           
2026-cı ildə təxminən 318 milyon insan aclıqla üzləşəcək
2026-cı ildə təxminən 318 milyon insan aclıq böhranı ilə üzləşəcək

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının 2026-cı il üçün proqnozlarında qeyd olunub.

Məlumatda çatışmaz­lıqlar, münaqişələr, iqlim şokları və humanitar yardımların maliyyələşdirilməsində ciddi boşluqlar kimi əsas risk mənbələri xüsusilə vurğulanır.

Ümumdünya Ərzaq Proqramı eyni zamanda 2026-cı ildə humanitar ehtiyacların qarşılanması üçün 13 milyard ABŞ dolları tələb edildiyini, lakin bu məbləğin yalnız yarısının toplanmasının gözlənildiyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru