17-ci əsrə aid məşhur rəsm əsərində sirli tatu aşkarlandı

26-11-2025, 16:38           
17-ci əsrə aid məşhur rəsm əsərində sirli tatu aşkarlandı
Niderlandın Amsterdam Muzeyi unikal tapıntı barədə elan edib. 17-ci əsrə aid rəsm əsərində ilk dəfə olaraq tatu aşkar edilib və bu da Niderland incəsənətində ən qədim tatu nümunəsi ola bilər.

Bu barədə "NL Times" nəşri məlumat verib.

Məlumata görə, təxminən 1674-cü ilə aid edilən "Vallonların baş komissarları" adlı rəsm əsərində biləyində kometa döyməsi olan bir kişi təsvir olunub ki, bu detal 351 il ərzində diqqətdən kənarda qalıb.

3x2 metr ölçüsündə olan rəsm əsəri 19-cu əsrdən bəri muzeyə məxsusdur və Amsterdam limanlarına nəzarət edən nüfuzlu komissarları təsvir edir. Tatu kətan üzərindəki əsərin sərgidən "H'Art" Muzeyinə qaytarılmasından sonra aşkar edilib. Ətraflı araşdırma nəticəsində məlum olub ki, kometa təsviri orijinal boya təbəqəsinə məxsusdur, yəni sonradan əlavə edilməyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru