Əzbərləməkdən daha yaxşı metod: Alimlər yeni araşdırmanın nəticələrini açıqladılar

24-02-2026, 17:18           
Əzbərləməkdən daha yaxşı metod:
Amerikalı alimlər əzbərləməkdən daha effektiv öyrənmə metodunu aşkar ediblər: əsas amil təkrarların sayı deyil, onların arasındakı gözləmə intervallarıdır.

Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "Nature Neuroscience" jurnalında dərc edilib.

Bir əsrdən artıq müddət ərzində hesab olunurdu ki, öyrənmə yığılma prinsipi ilə işləyir: siqnal nə qədər tez-tez üst-üstə düşsə, əlaqə bir o qədər möhkəm formalaşır.

Lakin aparılan eksperimentlər göstərib ki, beyin təcrübəni fərqli qiymətləndirir - hadisələr arasındakı vaxtı nəzərə alır.

Müəlliflər hesab edirlər ki, nəticələr əzbərləmə ilə müqayisədə paylanmış öyrənmə üsulunun effektivliyini təsdiqləyir.

Qeyd olunur ki, həddən artıq tez-tez təkrarlar effekti azalda bilər. Ağlabatan intervallar isə yaddaşın və vərdişlərin formalaşmasına təsirini gücləndirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]