Polikilinkalarda niyə psixiatrlar yerində tapılmır? — AÇIQLAMA

27-02-2026, 10:44           
Polikilinkalarda niyə psixiatrlar yerində tapılmır? — AÇIQLAMA
Son zamanlar Azərbaycanda bir çox poliklinikalarda psixiatr xidmətlərinin olmaması ciddi narahatlıq doğurur. Bəzən xəstələr həkim qəbuluna yazıla bilmir, bəzən isə psixiatr ümumiyyətlə həmin tibb müəssisəsində adı olsa da tapılmır. Bu isə ruh sağlamlığı problemi yaşayan vətəndaşlar üçün ciddi risklər yaradır. Kadr çatışmazlığı ola bilməz, çünki özəl klinikalarda və sosial mediada reklam olunan çox sayda psixiatr görürük. Bəs niyə polikilinkalarda psixiatr qıtlığı var? Bu barədə hansı təklifləriniz olardı?

Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən tibb üzrə ekspert Rasif Bağırov bildirib ki, əslində, polikilinkalarda sovet dövründən indiyə qədər heç vaxt psixiatr deyilən ştat olmayıb.

Ekspertin sözlərinə görə, psixiatrlar regional olub. Şəhərin müxtəlif hissələrində özünün dispanserləri olub. Məsələn Yasamal və Nərimanovda 2 psixiatrik mərkəz bunlara baxırdı. Amma polikilinkalarda psixiatrik mərkəz olmayıb. Orada həmişə nevropatoloq olub. Bu həkimlər əsəb sisteminin ciddi psixi pozğunluqları ilə məşğul olmayıblar. Şizofreniya və digər ağır xəstəliklərlə dispanserin həkimləri məşğul olub. Lakin yüngül nevroz xəstəlikləri ilə nevropatoloq və terapevtlər məşğul olur.

— İndi sovet dönəmi deyil axı, Rasif bəy. Bəzən vətəndaşa sənəd lazım olur, imkanı olmur özəl klinikadan almağa, məsələn, Hövsanda polikilinkada psixiatr vardı, baxmayaraq ki, Bakının kənar qəsəbəsidir. Ancaq Yasamal rayonunda hər dəfə vətəndaşlar polikilinkaya getdikdə psixiatr olduğu halda yerində tapılmır.

— Biz demirik ki, “indi sovet dönəmidir, niyə belədir”. Adətən psixiatrik xəstələrin həmişə qeydiyyat aparılması məsələsi 2 yerdə olur. Bizim bildiyimiz Nəriman rayonu və Yasamal rayonu tərəfdə vardı. İnsanlar orada qeydiyyata dururdu. Mən sizə açığı deyim ki, psixiatrik xəstələrin doğrudan da psixi pozğunluğu olması barədə xəstələrin diaqnozunu polikilinkalar verə bilməz. Bir şərtlə verə bilərlər ki, həmin o psixiatrik xəstələr xəstəxanada yatandan sonra sənədləri polikilinkalara verilsə, həmin polikilinkalarda həm xəstələrlə məşğul olmaq asan olar, həm də elə xəstələr var ki, birdəfəlik müraciət etmirlər dispanserlərə. Polikilinkalar Həmin şəxslərin müalicəsi ilə məşğul olur, lazım olanda yatızdırmaq üçün dispanser göndərir. Əslində, bunu etmək mütləq lazımdır. Yəni, əvvəllər də, indi də o proses yoxdur. Bəzən əsəblərində kifayət qədər ciddi narahatlığı olan adam heç bir xəstəxanada yatmadığı halda müraciət edir polikilinkaya. Polikilinkada həkimlə söhbət etdikdə, həkim görür ki, tam sağlam adamdır. Çünki remisiya dövrünə düşür və həmin dönəmdə xəstə özünü tam normal və sağlam hiss edir. Həkim də sağlam olduğunu görür. Lakin bir ay keçdikdən sonra həmin adamda xəstəlik şiddətli baş qaldırdıqda, “pristup” tutduqda həkim nahaq yerə günahlandırılır. Polikilinka şəraitində ştatlar verilsə, psixiatrlar olsa, həm həkimi yerində tapa bilmək məsələsi həll olunar, həm də dispanserlərin gözündən kənarda qalmış xəstələr də müalicəyə dəvət olunar. Beləliklə, cəmiyyətə daha sağlam insanlar vermək mümkün olar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]