Terrorçuluq baxımından dünyanın ən təhlükəli regionu açıqlandı

20-03-2026, 11:38           
Terrorçuluq baxımından dünyanın ən təhlükəli regionu açıqlandı
Afrikanın Sahel regionu artıq üçüncü ildir ki, beynəlxalq terrorçuluğun episentri olaraq qalır. Dünyada terror aktları nəticəsində həlak olanların təxminən yarısı məhz bu bölgədə qeydə alınır.

TASS xəbər verir ki, bu barədə İqtisadiyyat və Sülh İnstitutunun (IEP) illik "Qlobal Terrorçuluq İndeksi - 2026" hesabatında qeyd olunub.

Sənəddə bildirilir ki, terrorçuluğun mərkəzi artıq Yaxın Şərq və Şimali Afrikadan, Saxaradan cənubda yerləşən Sahel regionuna keçib. Statistikaya görə, 2007-ci ildən bəri bu bölgədə terror qurbanlarının sayı on dəfə artıb.

Ekspertlərin hesablamalarına əsasən, 2025-ci il ərzində dünyada terror hücumları nəticəsində ümumilikdə 5 582 nəfər həyatını itirib. Bu dəhşətli rəqəmin təxminən 50%-i Saheldə törədilən cinayətlərin payına düşür. Hesabat müəllifləri regionda sabitliyin pozulmasını və silahlı qruplaşmaların fəallaşmasını əsas təhlükə kimi göstərirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru