Elektromobillərin batareyaları ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

27-03-2026, 17:34           
Elektromobillərin batareyaları ilə bağlı XƏBƏRDARLIQ - VİDEO
Vaxtında enerji ilə doldurulmadıqda tez sıradan çıxır. Hətta qısaqapanma yarana bilər ki, bu da bəzi hallarda avtomobillərin yanmasına səbəb olur.

Xəzər TV xəbər verir ki, söhbət elektrikli avtomobillərdən gedir. Elektrik avtomobillərinin əsas hissəsi sayılan batareyaların istehsal olunduğu ölkələr və qiymətləri sürücülər üçün hər zaman maraqlı olub.


Avtomobil ustalarının sözlərinə görə, bu batareyalar əsasən Çindən və Tayvandan gətirilir.

Bəs həmin batareyaların keyfiyyəti hansı səviyyədədir?

Ustalar bildirirlər ki, batareyaların tez sıradan çıxmasının əsas səbəblərindən biri onların düzgün istifadə edilməməsidir. Xüsusilə, elektrik enerjisi ilə doldurma qaydalarına əməl olunmaması batareyanın istismar müddətini azaldır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru