"Azərbaycanda viking varisi"

10-04-2026, 12:28           
"Azərbaycanda viking varisi"
Azərbaycan DNT layihəmizdən sensasion nəticəni təqdim edirəm!
Qusar rayonunun Laza kəndindən olan həmyerlimizin Y DNT nəticəsi İ1 haploqrupunun Y3866 subkladı olaraq müəyyənləşdi.Bu qolun yaranma yeri Şimali Avropadır və 4100 illik yaşı var.Maraqlı bundan ibarətdir ki,bu qol əsas olaraq Vikinglərə aid edilir,belə ki ən qədim paleodna nümunəsi Norveçin Troms ərazisində,Qrenlandiyanın Kujallaq və İsveçin 3 müxtəlif qədim düşərgələrindəki qəbirlərdə aşkarlanmışdır.Həmçinin Rusiya və Ukraynadakı 5 müxtəlif vikinglərə aid olan paleodna skelet nümunəsini də buna əlavə edə bilərik.Bu qol İspaniyada xüsusən katalanlarda,Almaniyada və İsveçdə çox geniş yayılmışdır.Altqol tamamilə skandinav mənşəlidir.
Qusarın Laza kəndinin əhalisinin çoxluğu Qəbələnin Laza kəndinə köçmüşdür.Vaxtı ilə Qusar rayonunun Laza kəndindən aran rayonlarına qışlaqlara köç edənlər tədricən Qəbələdəki Lazada daimi məskunlaşmışlar. Kənddə ilk məskunlaşan latsar sixili olduğundan kəndin adı da Laza olmuşdur.Kəndin əhalisi etnik olaraq ləzgidir.Bu subkladın aşkarlanması latsar sixilinin ulu əcdadlarının viking və Şimali Avropa mənşəli olduğunu elmi formada ortaya çıxardır.
Mənbə: Orxan Xansuvar (Azərbaycan DNT layihəsi admini, genetik-tədqiqatçı və irsi xəstəliklər üzrə araşdırmacı)
TEREF
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru