Pentaqon UNO arxivlərini yenidən AÇDI: Onilliklərin sirli görüntüləri üzə çıxdı - VİDEO

Bu gün, 09:58           
Pentaqon UNO arxivlərini yenidən AÇDI: Onilliklərin sirli görüntüləri üzə çıxdı - VİDEO
ABŞ Hərb Nazirliyi uçan naməlum obyektlər (UNO) haqqında artıq beşinci məlumat arxivini dərc etməyə başlayıb.

Oxu.Az xəbər verir ki, Pentaqonun saytında yerləşdirilən materiallar bir neçə onilliyi əhatə edir və dünyanın müxtəlif yerlərində qeydə alınmış anomal hadisələri əks etdirir.

Kadrlarda səmada parıldayan, sürətlə hərəkət edən və bir nöqtədə hərəkətsiz qalan sirli obyektlər əks olunub. Belə ki, 1953-cü ilə aid sənədlərdən birində UNO olduğu ehtimal edilən obyekti əks etdirən videogörüntünün təhlili təqdim olunur. Sənəddə bildirilir ki, naməlum obyekt təbii hadisələrə və ya mövcud uçuş aparatlarına uyğun gəlməyən xüsusiyyətlərə malik olub.

Başqa bir sənəddə isə 2026-cı ildə Federal Təhqiqatlar Bürosuna (FTB) müraciət edən amerikalının ifadələri yer alıb. O, ABŞ-nin qərbində cəmi bir neçə saat ərzində UNO ilə üç mümkün qarşılaşma yaşadığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru