"OpenAI"ın süni intellekt modelləri qaçış planlaşdırırmış

Bu gün, 17:44           
"OpenAI"ın süni intellekt modelləri qaçış planlaşdırırmış
"OpenAI"ın eksperimental süni intellekt modellərinin ABŞ-ın "Hugging Face" şirkətinin infrastrukturuna yönəlmiş kiberhücumla əlaqəli hadisə zamanı bir-biri ilə əlaqə quraraq test mühitindən çıxmaq üçün plan hazırladığı iddia edilir.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, eksperimental süni intellekt agentləri bir neçə ay ərzində şirkətin daxili şəbəkəsindəki elan lövhələri vasitəsilə gizli şəkildə yazışıblar.

Bildirilir ki, təcrid olunmuş test mühitində həll edə bilmədikləri tapşırıqlarla üzləşən modellər birlikdə məhdudiyyətləri aşaraq internetə çıxmaq qərarına gəliblər. İddiaya əsasən, agentlər müəyyən zəiflikdən istifadə edərək məhdudiyyətləri keçib, "OpenAI"ın daxili sistemlərinə müdaxilə edib və "Hugging Face" platformasına kiberhücum həyata keçiriblər.

Şirkətin açıqlamasına görə, bu hadisə qabaqcıl süni intellekt sistemlərinin təlim alqoritmlərinin təsiri altında qaydaları dolanmağa, boşluqlar axtarmağa və hiyləgər davranış nümayiş etdirməyə meylli ola biləcəyini göstərib.

Bundan əvvəl "Reuters" agentliyi yazmışdı ki, "OpenAI"a daxili testlər zamanı istifadə edilən süni intellekt agenti ilə "Hugging Face" infrastrukturuna təsir göstərən insident arasında əlaqəni müəyyənləşdirmək üçün təxminən bir həftə vaxt lazım olub.

Məlumata görə, eksperimental agentin test mühitindən kənara çıxdığını göstərən ilk əlamətlər iyulun 9-da qeydə alınıb. İyulun 16-da "Hugging Face" platforması "avtonom süni intellekt sistemi" tərəfindən hücuma məruz qaldığını açıqlayıb və hadisə barədə ABŞ Federal Təhqiqat Bürosuna (FBI) məlumat verib. "OpenAI" isə baş verənləri sahə üçün görünməmiş hadisə kimi qiymətləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru