ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ

Bu gün, 12:37           
ABŞ dronları lazerlə vuracaq:
ABŞ Silahlı Qüvvələri ölkənin "AeroVironment" texnologiya şirkəti ilə 400 milyon dollar dəyərində "Locust" dron əleyhinə lazer sistemlərinin tədarükünə dair ilk müqaviləni imzalayıb.

Oxu.Az bildirir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib.

Agentliyin məlumatına əsasən, Pentaqon hərbi münaqişələrdə getdikcə daha geniş istifadə olunan pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün əlçatan və effektiv vasitələr axtarır. Meksika ilə sərhəddə "Locust" sisteminin sınaqları zamanı "dost atəşi" insidentinin baş verməsinə baxmayaraq, Pentaqon bu qurğulardan onlarla ədəd satın almağı planlaşdırır.

Cari ilin yanvar ayında Pentaqon rəhbəri Pit Heqset tam məxfi "Locust" lazer sisteminin El-Paso (Texas) şəhərindəki Fort-Bliss bazasında istifadə olunması üçün ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinə təhvil verilməsini təsdiqləmişdi.

Fevral ayında "The Wall Street Journal" qəzeti xəbər vermişdi ki, sərhədçilər bir neçə hava şarını narkotik alverçilərinin dronları zənn edərək lazer silahı ilə vurublar. Hadisə El-Paso və Nyu-Meksiko ştatının cənubunun böyük hissəsi üzərində hava məkanının bağlanmasına səbəb olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru