Sumqayıtda yolun çökməsi genişlənir: Obyektlər hər an uça bilər - VİDEO

Bu gün, 12:16           
Sumqayıtda yolun çökməsi genişlənir:
Sumqayıtın Üzeyir Hacıbəyov küçəsində avtomobil yolunda çökmə baş verib.

"Xəzər" TV xəbər verir ki, yolun çökmüş hissəsi getdikcə genişlənərək yaşayış binasına doğru irəliləyir. Mövcud vəziyyət yaxınlıqdakı obyektlər üçün də təhlükə yaradır. Belə ki, onların hər an uçma ehtimalının olduğu bildirilir.


İlkin məlumata görə, yolun altından keçən iridiametrli kanalizasiya kollektorunun partlaması nəticəsində asfalt örtüyü çöküb. Çökmənin hər gün daha da genişləndiyi qeyd olunur.

Hadisə yerində təhlükəsizlik məqsədilə mühafizə tədbirləri görülsə də, problem hələlik aradan qaldırılmayıb.

Məsələ ilə bağlı Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, əraziyə baxış keçirilib və insanların təhlükəsizliyi nəzərə alınaraq ərazi tam mühafizəyə götürülüb.

Qeyd olunub ki, qəzanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcək və problem qısa müddət ərzində həllini tapacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru