ABŞ İranın maliyyə şəbəkəsini HƏDƏFƏ ALDI

Bu gün, 10:08           
ABŞ İranın maliyyə şəbəkəsini HƏDƏFƏ ALDI
ABŞ İranın qlobal maliyyə sistemi vasitəsilə yüz milyonlarla dollar köçürməsinə kömək etdiklərinə görə banklara, valyutadəyişmə məntəqələrinə və vasitəçilərə qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqottun bəyanatında bildirilib.

Bu tədbirlər çərçivəsində ABŞ Maliyyə Nazirliyi Tehrana neft satışından gəlir əldə etməyə və həmin vəsaitlərin yuyulmasına kömək edən valyutadəyişmə məntəqələri və saxta şirkətlər şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib.

Tommi Piqott həmçinin qeyd edib ki, sanksiyalardan yayınmağa şərait yaradan banklar, valyutadəyişmə məntəqələri və vasitəçilər qaçılmaz olaraq ciddi nəticələrlə üzləşəcəklər. Onun sözlərinə görə, Vaşinqton bu məsələdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru