"Hizbullah" tərk-silah olunur? - İsrail və Livan arasında ilkin razılıq

Bu gün, 11:28           
"Hizbullah" tərk-silah olunur? -
İsrail və Livan "Hizbullah"ın tərk-silah olunmasına nəzarət edə biləcək ölkələrin qısa siyahısını razılaşdırıblar. Yekun qərarı ABŞ verəcək.

"Reuters" bu barədə mənbələrə istinadən xəbər verir.

İsrail və Livan arasında münaqişənin tənzimlənməsinə dair razılaşma prosesə üçüncü tərəfin nəzarət etməsini nəzərdə tutur. Agentliyin həmsöhbətləri siyahıda neçə ölkənin olduğunu və buraya hansı dövlətlərin daxil edildiyini açıqlamayıblar. Mənbələrdən biri yalnız İsrail və ABŞ-nin Fransanın bu prosesdə iştirakını blokladığını bildirib.

Ölkələrin nümayəndələri bu məsələni cari həftə Romada keçirilən danışıqların üçüncü raundu zamanı müzakirə ediblər. Daha əvvəl müşahidə prosesində özəl mühafizə şirkətlərinin iştirakı nəzərdən keçirilsə də, danışıqlar aparan tərəflər bu ideyadan imtina ediblər.

"Təklif olunan bütün iştirakçılar ölkələrdir. Biz hələ bunun tam olaraq necə işləyəcəyini, nə qədər qoşunun yerləşdiriləcəyini və onların Livan ordusu ilə necə qarşılıqlı əlaqədə olacağını müzakirə etməliyik", - deyə adının açıqlanmasını istəməyən Livan rəsmisi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru