Gürcüstan və İran kriptobirjaları ABŞ sanksiyalarına məruz qaldı

Bu gün, 10:48           
Gürcüstan və İran kriptobirjaları ABŞ sanksiyalarına məruz qaldı
ABŞ Maliyyə Nazirliyi Gürcüstanın "Shelbit" və İranın "Aban Tether" kriptobirjalarına qarşı sanksiyalar tətbiq edib. ABŞ hakimiyyətinin versiyasına görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu şirkətlərdən pulların yuyulması və ABŞ sanksiyalarından yayınmaq üçün istifadə edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, "Shelbit" hesablarından SEPAH-a məxsus rəqəmsal ünvana iki milyon dollardan çox vəsait köçürülüb. "Shelbit" bu ittihamları rədd edib. Kriptobirjanın saytında onun fəaliyyətini yanvar ayında dayandırdığı qeyd olunub.

ABŞ-nin qənaətinə görə, "Aban Tether" SEPAH-ın maraqları naminə ABŞ sanksiyaları altında olan digər kriptobirjalar - "Nobitex", "Wallex", "Bitpin" və "Ramzinex" ilə birlikdə milyonlarla dollar həcmində tranzaksiyalar həyata keçirib.

"Biz iqtisadi təzyiqi artırmağa davam edəcəyik. İstər dollar, istər rial, istərsə də kriptovalyuta olsun, Maliyyə Nazirliyi İran rejimini ayaqda saxlayan qanunsuz maliyyə şəbəkələrini aşkar edəcək və ləğv edəcək", - deyə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru