Vaxtı ilə yeni qitələr kəşf olunanda biz yatırdıq,...

Bu gün, 11:34           
Vaxtı ilə yeni qitələr kəşf olunanda biz yatırdıq,...
Vaxtı ilə yeni qitələr kəşf olunanda biz yatırdıq, Osmanlı, Səfəvilər ... kimi nəhəng Türk dövlətlərinin ağlına da gəlmirdi ki, Amerika, Avstraliya, Antarktida kimi daha böyük qitələr var.
Avropalılar bu torpaqları kəşf etdilər, mənimsədilər, daha böyük dövlət qurdular, dünyaya ağalıq edirlər.
Tarix təkrarlanır, indi Yer kürəsi o qədər kiçilib ki, daha doğrusu, kainatın əl çatan hissələri o qədər böyüyüb ki, yenə də həmin Zəki millətlərin nümayəndələri (hətta Elon Musk kimi fərdləri) hərəsinə bir və ya bir neçə planet kəşf edib mənimsəyirlər. Biz yenə yatırıq.
Bütün Türk dövlətləri ABŞ-ın orta bir əyaləti (ştatı) qədər məhsul istehsal edə bilmir. Bütün Türk dövlətlərinin hamısının elm xərcləri (ARGE) ELON MUSKIN elm xərclərindən qat-qat azdır.
Saleh Məmmədov, professor












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru