Məhəmməd Əmin Rəsulzadə Şah İsmayıl Xətayinin türkləri Azərbaycana necə inteqrasiya etdirməsi haqqında nə yazır?
Bu gün, 12:35
Məhəmməd Əmin Rəsulzadə Şah İsmayıl Xətayinin türkləri Azərbaycana necə inteqrasiya etdirməsi haqqında yazır: "Bu sülalə zamanında Azərbaycan ilə Şərqi Qafqaziya daha çox türkləşmişdir. Səfəvi şahları İran ilə Anadolunun müxtəlif nöqtələrinə atılmış türk qəbilələrini mərkəzi hökümətləri olan Azərbaycan ilə Aran səmtlərinə cəlb edib birləşdirirdilər ki, Ərdəbil əhalisi ilə Muğanda məskun Şahsevən qəbilələri bu sürətlə vücuda gəlmişdirlər. XV əsrdə zühur edən Səfəvi sülaləsinin istinad etdiyi şeyxlər, Azərbaycan və Şərqi Qafqaziya türkləri arasında böyük nüfuz və təşkilata malik olan Oğuz dədələrindən ibarət idi." Qaynaq: Mehmet Emin Resulzade, "Kafkasya Türkleri", İstanbul, 1993. s. 7-13 AZƏRBAYCAN coğrafıyası