Dördlü ittifaqa qarşı üçlü ittifaq...

Bu gün, 00:06           
Dördlü ittifaqa qarşı üçlü ittifaq...
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə Sazişi imzalanıb. Bu sazişə, alyansın hər hansı bir üzvünə edilən hücum sazişin bütün tərəflərinə edilən hücum kimi qiymətləndiriləcək. Eyni zaman kəsiyində İsrail-Yunanıstan-Kipr Respublikası-Hindistan ittifaqı formalaşdırılır. Ona görə də Ankara Səudiyyə Ərəbistanı və Pakistanla birgə üçlü ittifaqın formalaşdırılmasını ləngidə bilməzdi. Səudiyyə Ərəbistanı ilə Pakistan arasında müttəfiqlik sazişi ötən ilin sentyabrında imzalanıb. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Şahbaz Şərif arasında imzalanan sənəd “Birgə Strateji Müdafiə Sazişi” adlanır. Həmin sazişdə də “tərəflərdən birinə qarşı hər hansı bir hücum hər iki ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək” bəndi var. Buna baxmayaraq, İran Səudiyyə Ərəbistanına zərbələr endirdikdə Ər-Riyad İslamabaddan dəstək istəmədi. Əksinə, Pakistan müharibəni dayandırmaq vasitəsilə ABŞ-la İran arasında vasitəçilik funksiyasını həyata keçirtdi. Hər halda Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqı İrandakı rejimə də ciddi mesajdır ki, bu ölkələrdən birini hədəf seçərsə o biri ikisi baş verənlərə seyrçi qalmayacaq.
Türkiyə Azərbaycanın strateji müttəfiqi, Səudiyyə Ərəbistanı və Pakistan isə strateji tərəfdaşlarımızdır. Bu mənada Azərbaycan üçlü ittifaqa qoşula bilərmi? Bu mümkün olsaydı, üçlü ittifaqa Azərbaycan bəri başdan dəvət olunardı. Üçlü ittifaqın İsrailə münasibəti bəllidir. Azərbaycan isə İsraillə əməkdaşlığı davam etdirmək siyasətinə üstünlük verir. Ona görə də Azərbaycanın üçlü ittifaqa qoşulması problematikdir, bunu bilən Ankara, Ər-Riyad və İslamabad ölkəmizi seçim qarşısında qoymayıb.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru