Tahir Əmiraslanovun yerinə o təyin olundu -2025-ci ilin noyabrından...

Bu gün, 12:08           
 Tahir Əmiraslanovun yerinə o təyin olundu -2025-ci ilin noyabrından...
Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Günel Seyidəhmədlidir.

Bu barədə Dövlət Turizm Agentliyindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib.

Agentlik bildirir ki, o 2025-ci ilin noyabrından bu vəzifəni icra edir.

Onun bu vəzifəyə təyin olunması ilə bağlı məlumat isə indiyədək nə Dövlət Turizm Agentliyinin məlumatlarında, nə də mediada açıqlanıb.

Seyidəhmədli Günel Tofiq qızı 6 iyun 1985-ci ildə Bakıda anadan olub. 2018-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2023-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir.

O, 2022-2025-ci illərdə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Mədəni İrsin Qorunması və İnkişafı şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.

2025-ci ilin sentyabr-noyabrında Dövlət Turizm Agentliyinin tabeliyindəki qurumlarda müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

2025-ci ilin noyabrından Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktorudur.

Azərbaycan Milli Kulinariya Mərkəzinə bundan əvvəl uzun illər Tahir Əmiraslanov rəhbərlik edib. O, 1991-ci ildə yaradılan mərkəzin ilk rəhbəri olub. 2022-ci ilin aprelində Əmiraslanov vəzifəsindən azad edilib və onun yerinə Orxan Fikrət oğlu Sadıqov (Orxan Fikrətoğlu) təyin olunub. Fikrətoğlu isə bu vəzifəni bir il müddətinə icra edib və öz istəyi ilə vəzifəsindən azad edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru