Nazirlikdən valideynə verilən cavabla bağlı BŞTİ-dən AÇIQLAMA

Bu gün, 12:21           
Nazirlikdən valideynə verilən cavabla bağlı BŞTİ-dən AÇIQLAMA
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron xidmət platforması olan Portal.edu.az üzərindən valideynə göndərilən cavabda 143 nömrəli tam orta məktəbin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olmadığı bildirilib.

Lakin BŞTİ-nin rəsmi məlumatlarında 143 nömrəli tam orta məktəbin qurumun tabeliyində olduğu qeyd edilir.

BŞTİ-dən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, məsələyə qurum tərəfindən baxılması və müvafiq müsahibənin keçirilməsi İdarənin səlahiyyətlərinə aid deyil.

"Sorğuda qeyd olunan məsələ ilə bağlı bildiririk ki, şagirdin hazırda təhsil aldığı Mehdiabad qəsəbəsi 1 nömrəli tam orta məktəb Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərdiyi üçün şagirdin 143 nömrəli tam orta məktəbin rus bölməsinə keçirilməsi ilə bağlı müraciətə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən baxılması və müvafiq müsahibənin keçirilməsi İdarənin səlahiyyətlərinə aid deyil.

Məsələyə baxılması üçün aidiyyəti üzrə Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət edilməsi tövsiyə olunur ", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, açıqlamada Portal.edu.az üzərindən valideynə göndərilən yanlış cavabla bağlı məsələyə toxunulmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru