Ekoloq xəbərdarlıq edir: Azərbaycanda da belə sel və subasma ola bilər

Bu gün, 17:24           
Ekoloq xəbərdarlıq edir:
"Hələ ki hava isti keçir, yağıntının miqdarı aşağıdır. Ancaq bir müddət keçəndən sonra Azərbaycanda da belə sel və subasma ola bilər. Ehtimal var, çünki Azərbaycan dünyadan təcrid olunmayıb. Azərbaycan da dünyanın bir parçası və hissəsidir".

Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev Çin-Nepal sərhədində baş verən sel və torpaq sürüşməsi nəticəsində 459-a yaxın insanın öldüyü daşqından danışarkən deyib.

Onun sözlərinə görə, Böyük Qafqaz və Kiçik Qafqaz dağlarında sel və subasma ehtimalı ola bilər:

“Biz onu qarşıdakı günlərdə görə bilərik. Atmosferin çirklənməsi sonda iqlim dəyişikliyinə gətirib çıxarır. Xüsusi olaraq yağıntının çox düşdüyü ərazilərdə belə hadisələr baş verir. Məsələn, Asiya ölkələrində yağıntı çox düşür. Bir ay ərzində yağan yağıntı bir neçə saat ərzində düşür. Bu, torpaq sürüşməsinə, sel və subasmaya gətirib çıxarır. Bunlar təbii fəlakətlər sırasına daxildir”.


Xosrov Musayev baş verən hadisənin yarım saat ərzində baş verdiyini əlavə edib:

“Dəhşətli sel və subasmadır. Sel çox güclüdür. Hiss olunur ki, bir ayda düşən yağıntı bir neçə saat ərzində düşüb. Nəticə göz qarşısındadır. Sel elə güclüdür ki, evləri yuyub aparıb. Vaxtilə mən Kəlbəcərdə olmuşam. Doğrudan da, orada dağlıq və dağətəyi ərazilərdə sel və subasma oldu. Bir saat ərzində elə bir yağış yağdı ki, balaca bir çay az qala Kür çayı boyda oldu. Daşı, heyvanı yuyub apardı. Məsəl var, “El gücü, sel gücü”.

Xosrov Musayev belə hadisələrdən heç kəsin sığortalanmadığını vurğulayıb:

“O cümlədən Azərbaycan. Azərbaycan dünyanın bir hissəsidir. Burada da yağıntının aylıq normadan bir neçə dəfə artıq miqdarda və yarım saat ərzində düşməsi nəticədə sel və subasmaya gətirib çıxara bilər”.

Qeyd edək ki, Çin-Nepal sərhədində daşqın və torpaq sürüşməsi baş verib. Təbii fəlakət nəticəsində ölənlərin və itkin düşənlərin sayı durmadan artır. Ən son məlumata görə, Nepalda 900 nəfər itkin düşüb, azı 332 nəfər həlak olub. Tibetdə itkin düşənlərin sayı 558, həlak olanların sayı isə 3 nəfərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]