OĞURLUQ VƏ DƏLƏDUZLUQ EDƏN ŞƏXS SAXLANILDI

27-02-2019, 19:03           
OĞURLUQ VƏ DƏLƏDUZLUQ EDƏN ŞƏXS SAXLANILDI
Teref.az - a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fərqli vaxtlarda Quba və yaxın rayonlarda çoxlu sayda oğurluq və dələduzluq etməkdə şübhəli 35 yaşlı Sabirov Ramiz Əli oğlu saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edib. R.Sabirovun ətrafında aparılan tədbirlərlə, onun müxtəlif vaxtlarda Quba rayonunda ümumilikdə 16 nəfərə qarşı dələduzluq və oğurluqlar etdiyi məlum olub.
Ramiz Sabirovun başqa hadisələrdə iştirak edib-etməməsi araşdırılır.
Əgər Ramiz Sabirovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Quba RPŞ-nə müraciət etmələri və ya şəhər telefonlarından (023)3353511; (023)3354302 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru