Rusiya Türkiyə və Ermənistan barədə qərarını verdi

Bu gün, 07:24           
Rusiya Türkiyə və Ermənistan barədə qərarını verdi
Rusiya Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesini müsbət qiymətləndirdiyini bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, həm Rusiya, həm də Türkiyə regionda sabit, təhlükəsiz və proqnozlaşdırılan mühitin formalaşmasında maraqlıdır.

Rusiya XİN-in fikrincə, Cənubi Qafqazda davamlı sülh və əməkdaşlığın təmin edilməsi üçün ən uyğun mexanizmlərdən biri “3+3” regional əməkdaşlıq platformasıdır.

Qurum vurğulayıb ki, region ölkələrinin birgə səyləri nəticəsində Cənubi Qafqazda daha sabit və konstruktiv əməkdaşlıq mühiti formalaşdırmaq mümkündür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru