Tramp: “Beyruta hücum olmamalı idi

Bu gün, 07:45           
Tramp: “Beyruta hücum olmamalı idi
"Bu səhər Beyruta edilən hücum baş verməməli idi, xüsusilə də İranla sülh sazişinə bu qədər yaxın olduğumuz xüsusi bir gündə. İsrailin özünü təhdidlərdən müdafiə etmək hüququ var, lakin cavab olaraq həyata keçirilən bu hücum çox kiçik və əhəmiyyətsiz bir insidentə görə idi. Nəticədə heç kim ölməyib, yaralanmayıb və zərər görməyib. Bu hadisə bu qədər mühüm prosesi pozmamalıdır”.

Bu açıqlamanı ABŞ Prezidenti Donald Trampın özünə məxsus "Truth Social" platformasındakı səhifəsində paylaşılıb.

Tramp qeyd edib ki, onlar regiona, o cümlədən Livana sülh gətirəcək bir razılaşmaya çox yaxındır, buna görə də bütün tərəflər gərginliyi azaltmalıdır:

“İsrail tərəfindən Livanın heç bir yerinə yeni hücumlar olmamalıdır. Eyni zamanda, Hizbullah da daxil olmaqla, heç bir tərəf İsrailə qarşı hücumlar həyata keçirməməlidir.

Bu, uzunmüddətli və gözəl bir sülhün başlanğıcı ola bilər. Gəlin bu imkanı əldən verməyək! Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru