Tanınmış yutuberin videosu 1 milyard izləndi

Bu gün, 00:13           
Tanınmış yutuberin videosu 1 milyard izləndi
Amerikalı videobloqer, "MrBeast" kimi tanınan Cimmi Donaldson "YouTube" platformasında yeni rekorda imza atıb.

O, platforma tarixində 500 milyon abunəçi toplayan ilk yutuber olub.

"MrBeast" kanalının əsası 2012-ci ilin fevralında qoyulub. İlk vaxtlar o, əsasən kompüter oyunları ilə bağlı videolar hazırlayıb, daha sonra isə formatı dəyişərək böyükbüdcəli "çellenc"lər, mükafatlı yarışmalar və xeyriyyə layihələri ilə məşhurlaşıb.

Onun ən məşhur videolarından biri "Kalmar oyunu real həyatda" adlı layihədir və bu video təxminən bir milyard baxış toplayıb. İlk viral uğuru isə 2017-ci ildə 10 minə qədər fasiləsiz saydığı video ilə gəlib.

Hazırda "MrBeast təkcə bloqer deyil, həm də sahibkardır - onun "MrBeast Burger" restoran şəbəkəsi və "Feastables" şirniyyat brendi mövcuddur.

Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru