Qubada yanğınla bağlı 1 nəfər məsuliyyətə cəlb edilib

1-09-2022, 11:54           
Qubada yanğınla bağlı 1 nəfər məsuliyyətə cəlb edilib
Qubada baş verən yanğınla əlaqədar 1 nəfər məsuliyyətə cəlb edilib.

Bu barədə DİN-in mətbuat xidmətinin Quba regional qrupundan bildirilib. Məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı yanğın hadisənin məsuliyyətsizlikdən və ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilib. Belə ki, rayon sakini Səxavət Mikayılov ona məxsus həyətyanı sahəsində təmizlik işləri apararkən quru otlaq sahəsini yandırıb və nəticədə alov yayılaraq 5 sot quru otlaq sahə və kol-kos yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə Quba RPŞ-nin və YMX-nin əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən S.Mikayılovun barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılmasına görə) maddəsinə uyğun olaraq inzibati qaydada pratokol tərtib edilib.

Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru