Xaçmazda 1 ton 254 kiloqram narkotik tərkibli çətənə bitkisi qanunsuz dövriyyədən çıxarılıb

2-09-2022, 10:53           
Xaçmazda 1 ton 254 kiloqram narkotik tərkibli çətənə bitkisi qanunsuz dövriyyədən çıxarılıb
TEREF.AZ yazır ki, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz RPŞ-nin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Kamal Qəribov saxlanılıb. Həmin şəxsin meşə sahəsində ümumi çəkisi 1254 kiloqram olan 350 ədəd qanunla əkilib-becərilməsi qadağan olunmuş narkotik xassəli çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq edərək becərdiyi məlum olub. Bundan başqa həmin yerdən 5 kiloqrama yaxın narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Kamal Qəribovun barəsində həbs qətimkan tədbiri seçilib.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru