Şabranda 10 hektardan artıq ərazini yandıran şəxs saxlanılıb

5-09-2022, 10:25           
Şabranda 10 hektardan artıq ərazini yandıran şəxs saxlanılıb
Teref.az yazır ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Şabran Rayon Polis Şöbəsinə müraciət edən DYMH-nin dispetçeri rayon ərazisində 10 hektardan artıq quru otlaq sahənin və kol-kos ərazinin yandırılması barədə məlumat verib. Hadisə yerinə cəlb edilən polis əməkdaşları yanğını törədən şəxsin rayon sakini Rizvan Cəfərov olduğunu müəyyən ediblər. Həmin şəxs ifadəsində hadisəni ehtiyatsızlıqdan və məsuliyyətsizlikdən törətdiyini bildirib

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru