Napoleonun və Nadir şahın qənimətləri

Bu gün, 00:04           
Napoleonun və Nadir şahın qənimətləri
Qabriel Bertonun çəkdiyi bu rəsm əsərində Napoleonun işğal etdiyi ölkələrdən əldə etdiyi qənimətləri arabalarla Parisə daşıdığı əks olunub.
Qənimətlər nədir? Fəth edilən ölkələrin ən qiymətli sənət əsərləri. Arabalara yükləyib Luvr muzeyinə daşıyırlar.
Bu görüntüdən yüz il əvvəl Hindistanı fəth edən Nadir şah isə oradan ancaq qır-qızıl və iki yüzə yaxın fil gətirmişdi.
Nadir şahın gətirdiklərindən bizə heç nə qalmadı. Napoleonun gətirdiklərindən isə fransızlara mədəniyyət qaldı. Bu gün Luvr muzeyinin təkcə illik giriş qiyməti aşağı-yuxarı 130 milyon avroya bərabərdir.
Biz də iki-üç qoca şairi, rəssamı ordan-oraya sürüyüb tədbir keçirməklə özümüzü böyük mədəniyyətə sahib olduğumuza inandırmaqla məşğuluq.
Игидай Дадашов
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru