Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

14-09-2022, 16:55           
Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Teref.az yazır ki,Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "Mersedes” markalı nəqliyyat vasitəsinin sürücüsü Əmin Didari yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin marixuanadan istifadə etdiyi sübuta yetirilib. Ə.Didari barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru