ABŞ-də 11 yaşlı məktəbli 85 milyon il əvvəl yaşamış nəhəng sürünənin qalıqlarını tapdı

Dünən, 17:38           
ABŞ-də 11 yaşlı məktəbli 85 milyon il əvvəl yaşamış nəhəng sürünənin qalıqlarını tapdı
ABŞ-nin Kanzas ştatında 11 yaşlı məktəbli geologiya klubunun çöl ekspedisiyasında iştirak edərkən təxminən 85 milyon il əvvələ aid qədim dəniz sürünəninin bütöv skeletini tapıb.

Bu nadir kəşf barədə "The New York Times" qəzeti məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin sentyabrında şagird karxanada qaya səthindən çıxan bir neçə böyük fəqərə sümüyü görüb. Aparılan üç əlavə qazıntı işi nəticəsində klubun üzvləri Təbaşir dövründə dənizlərdə hökmranlıq etmiş nəhəng dəniz sürünəni - 4.5 metrlik tilozavrı torpaqdan çıxarıblar. Aşkar edilmiş qalıqlara böyük kəllə sümüyü və skeletin əsas hissəsi daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru