DÇ-2026-da Şakira skandalı: Səhnədəki özü olmayıb? – VİDEO

Bu gün, 00:06           
DÇ-2026-da Şakira skandalı: Səhnədəki özü olmayıb? – VİDEO
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimində dünyaca məşhur kolumbiyalı müğənni Şakiranın çıxışı müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, açılış mərasimində “FİFA 2026″nın əsas mahnısı “Dai dai”ni ifa edən müğənninin, əslində səhnəyə dublyor göndərdiyi, özünün olmadığı iddia edilir.

Çıxışdan sonra izləyicilər və fanatlar sosial şəbəkələrdə geniş paylaşımlar edərək səhnədə rəqs edənin Şakira olmadığını, ona çox bənzəyən başqa bir qadının performans göstərdiyini bildiriblər. Bu iddialar sürətlə yayılıb və dünya mətbuatı da məsələni işıqlandırıb.

Daha sonra Şakiranın fotoları ilə”Azteco” arenada çıxış görüntüləri qarşılaşdırılıb və alnındakı izin eyni olduğu əsas göstərilərək iddialar təkzib edilib. Həmçinin müğənninin boyunun qısa olması, açılış mərasimində isə nisbətən böyük görünməsi məsələsinə “Şakira hündür dabanlı idman ayaqqabısı geyinib”, – cavabı verilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru