Dünya Bankı region ölkələri üçün iqtisadi artım proqnozunu açıqladı - SİYAHI

Bu gün, 00:03           
Dünya Bankı region ölkələri üçün iqtisadi artım proqnozunu açıqladı - SİYAHI
Dünya Bankı 2026-cı ilin iyun ayı üzrə Qlobal İqtisadi Perspektivlər hesabatını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, hesabata əsasən, Azərbaycanın 2026-cı il üzrə iqtisadi artım proqnozu əvvəlki qiymətləndirmə ilə müqayisədə 0,2 faiz bəndi artırılaraq 2%-ə çatdırılıb.
Sənədə görə, qlobal iqtisadi artım proqnozu da aşağı salınıb. Belə ki, Dünya Bankı yanvar ayında gözlənilən 2,7%-lik qlobal artım tempini 2,5%-ə endirib. Qurum bunu əsasən Yaxın Şərqdə davam edən münaqişələrin dünya iqtisadiyyatına təsiri ilə əlaqələndirib. Hesabatda qeyd olunur ki, regional gərginlik qlobal iqtisadi artımı təxminən 0,2 faiz bəndi azaldacaq.
Bununla belə, Dünya Bankı Gürcüstan üçün iqtisadi artım proqnozu 0,5 faiz bəndi azaldaraq 5%-ə düşürüb. Ermənistan üzrə proqnoz 0,4 faiz bəndi yüksəldilərək 5,3%-ə, Qazaxıstan üçün isə 0,1 faiz bəndi artırılaraq 4,6%-ə çatdırılıb.
Dünya Bankının hesablamalarına əsasən, 2026-cı ildə region ölkələri üzrə iqtisadi artım belə proqnozlaşdırılır:
Ermənistan – 5,3% (+0,4 faiz bəndi)
Gürcüstan – 5% (-0,5 faiz bəndi)
Qazaxıstan – 4,6% (+0,1 faiz bəndi)
Monteneqro – 2,9% (-0,3 faiz bəndi)
Türkiyə – 2,8% (-0,9 faiz bəndi)
Azərbaycan – 2% (+0,2 faiz bəndi)
Moldova – 1,9% (-0,8 faiz bəndi)
Ukrayna – 1,2% (-0,8 faiz bəndi)
Rusiya – 0,8% (dəyişiklik yoxdur)

Onu da bildirək ki, rəsmi statistikaya görə, Azərbaycan iqtisadiyyatı 2026-cı ilin ilk 5 ayında heç bir artım, ya da azalma nümayiş etdirməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru