Ukraynada çətənənin reseptlə təyin edilməsinə başlanılıb

Dünən, 17:44           
Ukraynada çətənənin reseptlə təyin edilməsinə başlanılıb
İyunun 11-də Ukraynada ilk dəfə olaraq həkimlər tibbi çətənə (kannabis) əsaslı preparatlara rəsmi elektron reseptlər yazıblar.

Bu barədə "Ukrinform" agentliyi xəbər verir.

Reseptlər Vinnitsa Vilayət Klinik Psixonevroloji Xəstəxanasının nevroloqları tərəfindən verilib. Preparatları, xüsusilə, dağınıq sklerozdan əziyyət çəkən bir qadın pasiyent və xroniki ağrı sindromu olan iki veteran əldə edib.

Həkimlərin sözlərinə görə, söhbət ağrıların azaldılması, təşviş və stresin yüngülləşdirilməsi, həmçinin bəzi nevroloji xəstəliklərin müalicəsi üçün istifadə olunan kannabidiol əsaslı preparatlardan gedir.

Qeyd olunur ki, bu preparatlar həm beynəlxalq, həm də Ukraynanın müalicə protokollarına daxil edilib və eyforiya yaratmır, həmçinin asılılığa səbəb olmur.

Mütəxəssislərin sözlərinə görə, kannabidiol güclü iltihabəleyhinə və analgetik təsirə malik olduğundan xroniki və əzələ ağrılarının azaldılmasında istifadə olunur.

Bundan əlavə, preparat epilepsiyanın ağır formalarının müalicəsində, xüsusilə də uşaqlarda tətbiq edilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru