16 sentyabrda hava necə olacaq

15-09-2022, 16:31           
16 sentyabrda hava necə olacaq
Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu. Əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-21° isti, gündüz 24-27° isti olacaq.
Bakıda gecə 19-21° isti, gündüz 24-26° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru