“Nar” Gəncə şəhərində növbəti regional mağazasını təqdim etdi! - FOTO

16-12-2025, 17:59           
“Nar” Gəncə şəhərində növbəti regional mağazasını təqdim etdi! - FOTO
Sərfəli xidmətləri və bölgələrə diqqəti ilə seçilən mobil operator “Nar” növbəti regional mağazasını Gəncə şəhərində istifadəyə verdi.
Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti 359c ünvanında açılan yeni mağazada abunəçilərə müştəri xidmətləri, mobil nömrələrin satışı, mobil telefon və aksesuarların təqdim olunması xidmətləri göstərilir.

Açılış mərasimində iştirak edən “Nar”ın baş icraçı direktoru Özgür Genc yerli sakinlərlə görüşərək onların istək və gözləntilərini öyrənib. O, mobil operatorun regionlara xüsusi diqqət siyasətinə sadiq qaldığını bildirib: “Bölgələrdə yaşayan müştərilərə keyfiyyətli xidmət göstərmək baxımından bu mağazalar çox önəmlidir. Regional satış və xidmət şəbəkəmiz sayəsində müştərilərimizin geridönüşlərini yerindəcə öyrənə bilirik.”

Gəncə şəhərinə səfər edən “Nar” rəhbərliyi həmçinin tərəfdaşlıq etdiyi Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün karyera təlimi həyata keçirib. Universitetin rəhbər heyəti ilə görüşən “Nar” rəhbərliyi növbəti il üçün əməkdaşlıq perspektivlərini müzakirə edib.

Qeyd edək ki, mobil operator bölgələrdə açılan hər yeni mağazanı təkcə satış və xidmət şəbəkəsinin genişləndirilməsi olaraq deyil, həm də regionlarla birbaşa əlaqə qurmaq imkanı olaraq dəyərləndirir. 2025-ci il ərzində “Nar” rəhbərliyi Gəncə şəhəri ilə yanaşı Füzuli və Salyan rayonlarında da bənzər mağaza açılışı və maarifləndirici layihələr həyata keçirib.



“Nar”ın həyata keçirdiyi layihələr haqqında daha ətraflı nar.az səhifəsindən öyrənə bilərsiniz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]