BMT TŞ-nın İranla bağlı yeni hesabatı - Sensasion faktlar

1-05-2015, 16:07           
BMT TŞ-nın İranla bağlı yeni hesabatı - Sensasion faktlar
BMT-nin mütəxəssisləri tərəfindən hazırlanaraq Təhlükəsizlik Şurasına təqdim olunan gizli hesabatda İranla bağlı şok faktlar açıqlanıb.

Avropa.info əl-Ərabiyyəyə istinadən xəbər verir ki, 2013-cü ildə Yəmən hökuməti İrana aid silah yüklü bir gəmini saxlamış, məsələni araşdırması üçün BMT TŞ-na müraciət etmişdi.

Müraciətdən sonra məsələni araşdırmağa başlayan mütəxəssislərin hazırladığı gizli hesabatda İran hökumətinin 2009-cu ildə bu yana Yəməndəki husilərə silah yardımı etdiyi bildirilir.

Keçən həftə TŞ-na təqdim olunan hesabat müzakirə üçün şuranın İrana qarşı tətbiq olunan sanksiyalara nəzarət edən komissiyaya həvalə olunub.

Hesabatda Yəməndəki husilərin silahlanmasının yeganə mənbəyi kimi İran göstərilir. Amma İranın göndərdiyi silahların Yəməndə qalması və ya qonşu ölkələrdəki üsyançılara da keçməsi məsələsinin sual altında olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]