ABŞ İŞİD liderlərini qaçırdı - İDDİA

21-02-2016, 20:53           

İŞİD liderləri ABŞ ordusuna aid helikopter vasitəsilə İraqın Fəllucə şəhərindən çıxarılıb.

Axar.az xəbər verir ki, bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İŞİD liderlərini götürən helikopter naməlum istiqamətə uçub.

Məlumada bildirilib ki, ABŞ helikopteri əl Saklaviyyə və Fəllucəni birləşdirən magistral yola yaxın bir villanın həyətinə enib və 1 saat sonra İŞİD liderləri ilə birlikdə havaya qalxıb.

Agentliyə məlumat verən mənbə İŞİD liderlərinin helikopterdən əvvəl həmin villaya getdiklərini bildirib.

Adının açıqlanmasını istəməyən iraqlı rəsmilərdən biri, “ABŞ helikopterinin Fəllucəyə amerikalılarla əlaqəsi olan İŞİD liderlərini ərazidən çıxarmaq üçün enməsinə dair güclü dəlillərimiz var”, - deyib.

Onun sözlərinə görə, ABŞ İŞİD liderlərini İraq ordusunun hərbi əməliyyatından qorumaq üçün Fəllucədən çıxarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru