Amerikalı biznesmen aclığa cəhd edib

23-02-2016, 13:24           
Amerikalı biznesmen aclığa cəhd edib
İranda saxlanmış amerikalı biznesmen həbsxana şəraitinə və ailəsi ilə görüşə icazə verilməməinə etiraz olaraq aclıq aksiyası keçirməyə cəhd göstərib. Bu barədə yaxınları fevralın 22-də məlumat yayıb.

ABŞ və İran vətəndaşı olan Siamak Namazi oktyabrda ailəsinə baş çəkərkən İran İnqilab Qvardiyası tərəfindən saxlanıb. Hələlik ona ittiham irəli sürülməyib.

Anası Effie Namazi həftəsonu bildirib ki, oğlu aclıq aksiyasına başlayıb. O, İran rəsmilərini oğluyla görüşə icazə verməyə çağırıb. Namazi fevralın 22-də facebook-da yazıb ki, oğlu aksiyanı dayandırıb və onunla telefonla danışıb. Xəbəri Reuters yayıb.

Namazi ən son Birləşmiş Ərəb Əmirliklərində Crescent Petroleum şirkətində çalışıb. Daha əvvəl İranda konsaltinq şirkətinə rəhbərlik edib. O, İranda doğulub, ABŞ-da təhsil alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru