“AST Telman” milyardlıq otelini qaytarmaq üçün məhkəməyə üz tutdu

26-02-2016, 22:51           
“AST Telman” milyardlıq otelini qaytarmaq üçün məhkəməyə üz tutdu
Azərbaycanlı milyarder Telman İsmayılov “Mardan Palace” otelinin borcları səbəbi ilə “Halk Banka”a icra yoluyla satıldığı tenderin ləğvi üçün məhkəməyə müraciət edib.
BAKU.WS bildirir ki, Antalya 5-ci İcra Hüquq Məhkəməsində keçirilən prosesdə “AST” şirkətlər qrupu adından vəkil Murat Türkal iştirak edib. Məhkəmə prosesində hakiminin iki tərəf arasında sülh əldə edilməsi təklifi hər iki tərəfdən rədd edilib.
Vəkil Türkal məhkəmə predmeti olan daşınmaz əmlakın satışının qanunlara uyğun olmadığını bildirib. Qarşı tərəfin vəkili İsmayıl Çalım tenderin qanunlara uyğun olduğunu, məhkəmənin keçirilməsi istəyinin tenderin gecikdirilməsi üçün açıldığını iddia edib.
Xatırladaq ki. azərbaycanlı milyarder Telman İsmayılov “Mardan Palace” otelini 1,4 milyard dollara inşa etdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru