İndoneziyada rusiyalı məşhur bloqer həbs olundu: "Səbəb çəkilişlərdir"

Bu gün, 12:24           
İndoneziyada rusiyalı məşhur bloqer həbs olundu:
"Planeta Human" "YouTube" kanalının müəllifi Aleksandr Pototski İndoneziyanın miqrasiya orqanları tərəfindən saxlanılaraq Cakartadakı təcridxanaya yerləşdirilib.

32gun.az Rusiya mediasına istinadən bildirir ki, rəsmi qurumlar rusiyalı səyahətçini turist vizası ilə ölkəyə daxil olaraq icazəsiz jurnalist fəaliyyəti göstərməkdə təqsirləndirir. Bloqer isə yaxınlarına bildirib ki, vizası təkcə bir bəhanədir və o, əslində İndoneziya hökumətinin separatçı hesab etdiyi "Qərbi Papua Milli Komitəsi"nin aksiyalarını çəkdiyinə görə cəzalandırılır.

Diplomatik korpus hələ ki saxlanılma ilə bağlı rəsmi bildiriş almadığını açıqlayıb. Qeyd edək ki, avqust ayında Papuadakı festival zamanı baş verən silahlı hücumu işıqlandıran Pototski, 2024–2026-cı illər ərzində münaqişəli bölgəyə on dəfəyə yaxın səfər edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]