Böyük Britaniyanın yeni “dəmir ledi”si:"Bir neçə zəngin üçün deyil, bütün xalq üçün çalışacağıq"

14-07-2016, 01:57           
Böyük Britaniyanın yeni “dəmir ledi”si:"Bir neçə zəngin üçün deyil, bütün xalq üçün çalışacağıq"
26 il sonra Böyük Britaniyada baş nazir postuna yeni "dəmir ledi" – qadın əyləşdi.

Strateq.az xəbər verir ki, Tereza Mey bu gün kraliça Yelizeveta II qəbul edərək, uğurlar arzulayıb.

Görüşdən sonra mediaya açıqlama verən yeni baş nazir Avropa Birliyindən ayrılma qərarından sonra ölkəsini kiçiləcəyini deyil, daha da böyüyəcəyinin vədini verib:

"Hər şey xalq üçün olacaq. Heç kimsəyə ayrımçılıq olmayacaq. Britaniyanın baş naziri kimi söz verirəm, bir neçə zəngin üçün deyil, bütün xalq üçün çalışacağıq. Ən yaxşı nə olacaqsa, onu da edəcəyik".

Xatırladaq ki, Tereza Mey Mühafizəkarlar Partiyasının lideridir. 59 yaşlı siyasətçi 2010-cu ildən Britaniyanın daxili işlər naziri olub. O, Marqarit Tetçerdən sonra, daha dəqiqi, 26 ildən sonra krallığın qadın baş naziri kimi diqqət mərkəzindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru