İŞİD Rusiyaya hücumlara başladı - Moskva vilayətində YPX postuna hücuma görə məsuliyyəti üzərinə götürüb

19-08-2016, 10:16           
İŞİD Rusiyaya hücumlara başladı - Moskva vilayətində YPX postuna hücuma görə məsuliyyəti üzərinə götürüb
İŞİD terror qruplaşmasının üzvləri Moskva vilayətində Yol Patrul Xidmətinin postuna hücumla əlaqəli olduqlarını bildiriblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İŞİD-in internetdə fəallığını izləyən “Site Inteligence Group” agentliyidir.

Qeyd edək ki, avqustun 17-də Rusiyanın Moskva vilayətində yol müfəttişlərinə silahlı hücum olub. İnsident Balaşixada, Şelkovski yolunun 20-ci km-də yerləşən Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin postunda baş verib.

Tapança və balta ilə silahlanmış iki nəfər posta hücum edib. Hücum edənlər öldürülüb, iki polis əməkdaşı yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. Məlumata əsasən, atışma postu keçən avtomobillərin sərnişinlərinin sənədləri yoxlanılarkən baş verib. Atəş açanların əslən çeçen olduğu deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru