Gürcüstanda əcnəbilərə sığınacaq verilməsi qaydaları sərtləşdirilib

13-10-2025, 11:44           
Gürcüstanda əcnəbilərə sığınacaq verilməsi qaydaları sərtləşdirilib
Ərizə təsdiq olunarsa, əcnəbilər ölkəyə 30 gün qalmaq imkanı verən qısamüddətli viza ilə qəbul ediləcək

Gürcüstanın Miqrasiya Departamentinə əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin ölkəyə qəbul edilmədən sığınacaqla bağlı müraciətlərinə baxılması səlahiyyəti verilib.

AYNA.AZ gürcü mediasına istinadən xəbər verir ki, ölkənin daxili işlər nazirinin əmrinə əsasən, təhlükəsizlik xidmətləri tərəfindən milli təhlükəsizliyə, onun ərazi bütövlüyünə və ya ictimai təhlükəsizliyə təhdid kimi qiymətləndirilən və ya bu səbəbdən Gürcüstandan deportasiya edilmiş şəxslərin sığınacaq üçün müraciətlərinə birbaşa sərhəddə baxılacaq.

Belə hallarda əcnəbilər sığınacaq istəsələr də, ölkəyə buraxılmayacaqlar və onların müraciətinə birbaşa sərhəddə baxılacaq. Bu halda, Miqrasiya Departamenti yeddi gün ərzində əcnəbinin sığınacaq ərizəsini qəbul etmək, onlara sığınacaq vermək və ya rədd etmək barədə qərar verəcək.

Ərizə təsdiq olunarsa, əcnəbilər ölkəyə 30 gün qalmaq imkanı verən qısamüddətli viza ilə qəbul ediləcək. Sərhəddə olarkən və qərar gözləyərkən sığınacaq axtaranlar yaşayış yeri ilə təmin olunacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru