"Avroviziya" qalibi Bakıya gəlməkdən imtina etdi

Bu gün, 16:18           
"Avroviziya" qalibi Bakıya gəlməkdən imtina etdi
"Avroviziya-2026” müsabiqəsinin qalibi Dara Bakıda keçirilməsi planlaşdırılan “DreamFest 2026” festivalında iştirakdan imtina edib.

"32gun.az" xəbər verir ki, bu barədə “Songfestival Azerbaijan” səhifəsi məlumat yayıb. Bildirilib ki, bolqarıstanlı müğənni sosial şəbəkələrdə ona qarşı yönələn kəskin tənqidlərdən sonra qərarını dəyişib.

Məlumata görə, Dara izləyicilərinin və pərəstişkarlarının fikirlərini nəzərə alaraq layihədən çəkildiyini açıqlayıb. Sənətçi festivalda iştirakı ilə bağlı yayılan müzakirələrdən sonra çıxış etməkdən imtina edib.

Hələlik Dara-nın özü və ya “DreamFest 2026” təşkilatçıları tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Dara Vyanada keçirilən yarışmada “Banqaraqa” mahnısı ilə birinci olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru